Güclü qasırğa 4 nəfərin həyatına son qoydu
    • 17-05-2024, 08:11
    • 117

Güclü qasırğa 4 nəfərin həyatına son qoydu


ABŞ-ın Texas ştatının Hyuston şəhərində qasırğa nəticəsində azı 4 nəfər ölüb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, güclü külək nəticəsində şəhərin müxtəlif ərazilərində binaların şüşələri sınıb, ağaclar aşıb, elektrik xətləri kəsilib.

Səlahiyyətlilər küləyin güclənməsi və tornadoların əmələ gəlməsi ehtimalını açıqlayıb.