-
- 21-06-2024, 08:43
- 452
Məşhur aktyor vəfat etdi - FOTO
"Aclıq oyunları" filmindəki "Prezident Qar" obrazı ilə yadda qalan kanadalı aktyor Donald Sazerlend (88) dünyasını dəyişib.
News24.az xəbər verir ki, 1935-ci ildə Kanadada anadan olan əfsanəvi aktyor 1957-ci ildə aktyorluq təhsili almaq üçün İngiltərəyə köçüb. Donald Sazerlend Kanadanın ən istedadlı aktyorlarından biri idi, onun kino karyerası 70 ili əhatə etmiş və 60-cı illərdə başlamışdır.
Sazerlend Federiko Fellini, Bernardo Bertolucci, Robert Altman kimi usta rejissorlarla çalışmış, "12 Heroic Bandits", "Klute" və "MASH" kimi filmlərlə məşhur olmuşdur.
80-90-cı illərdə xarakter rollarını oynayan Sazerlend ən son "Aclıq Oyunları" film seriyası ilə adından söz etdirib.
88 yaşında dünyasını dəyişən əfsanəvi aktyor geridə 190-dan çox film və serial qoyub. Donald Sazerlend həm də müharibə əleyhinə mövqeyi ilə tanınırdı.
Günel Məlikzadə