Məşhur güləşçi doğumuna 10 gün qalmış öldü - FOTO - VİDEO
    • 18-05-2019, 14:10
    • 1 023

Məşhur güləşçi doğumuna 10 gün qalmış öldü - FOTO - VİDEO

Məşhur Amerikalı WWE güləşçisi, "Survivor"da yarışmış model Ashley Massaro Long İslandda yerləşən evində huşsuz vəziyyətdə tapılıb. 

News24.az “Yeniçağ”a istinadən xəbər verir ki, köhnə World Wrestling Entertainment (WWE) güləşçisi olan 39 yaşlı model New-Yorkda xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məşhur güləşçi doğum gününə 10 gün qalmış həyatını itirib.

İdmançının ölüm səbəbi hələ ki açıqlanmayıb. Aparılan ilkin araşdırmalara görə, onun ölümündə hər hansı şübhəli hal yoxdur.

Qeyd edək ki, karyerası boyunca “Playboy”, “Stuff”, “Maxim” ve “FHM” də daxil olmaqla, bir çox jurnalların siması olan Ashley ölkəsində keçirilən “Survivor”da da yarışıb. Ashley Massaronun 18 yaşında bir qız övladı var.