Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanıldı
    • 20-01-2023, 18:58
    • 334

Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilib.

DİN-in Mətbuat xidmətindən News24.az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Araşdırmalar davam etdirilir.