-
- 18-05-2019, 16:46
- 1 283
Filip Kirkorov: "Azərbaycan mənim üçün sevgidir” - FOTO-VİDEO
"Azərbaycan mənim üçün uğur, alqış və sevgidir”.
Bu sözləri Rusiyanın musiqi kralı Filip Kirkorov News24.az-a müsahibəsində deyib.
Sənətçi Azərbaycana səfər etməyi hər zaman özü üçün şərəf saydığını deyir:
- Bu cür qonaqpərvər ölkəyə gəlmək mənim üçün fəxrdir. Sizin ölkə ilə bağlı yaddaşımda yalnız xoş xatirələr var. Alqışlar, uğur, və sevgi... Mən Bakıdan gələn dəvətləri böyük məmnuniyyətlə qəbul edirəm.
- Azərbaycanı çox sevdiyinizi deyirsiz. Ölkəmizə də sıx-sıx gəlib-gedirsiz. İndiyədək burda biznes qurmaq fikriniz olmayıb?
- Mən biznes adamı deyiləm. Mənim biznesim səsimdi. Mənim həyatda ən yaxşı bacardığım iş budur. Həyatımda qaldırdığım ən ağır şey mikrofondur.
Düzdür, mən həm də yaxşı prodüsserəm. Eyni zamanda “Eurovision”da müxtəlif ölkələr üçün mahnılar da yazıram. Amma mən bütün bunların biznes olduğunu düşünmürəm. Bu, mənumçün şoudur. Mən oxuyuram və bununla da yaşayıram. Mənə bundan savayı heç nə lazım deyil.
- Gərgin iş qrafikiniz var. Bütün günü çalışırsız. Bəs uşaqlarınıza vaxt ayıra bilirsiz?
- Uşaqlarım çox zaman mənimlə olur. Onları özümlə birgə “Eurovizion”a gətirmişəm.
- Onları Bakıya aparmısız?
- Yox. Onları Bakıya aparmamışam. Bu yay onları ikinci vətənim olan Bolqarıstana aparacam. Əgər Bolqarıstana aparmasam, bu, ola bilər.
- Siz Rusiyanın musiqi kralı sayılırsız. Sizdən sonra bu titulu kim daşıyacaq?
- Mən keçmişlə yaşamağı sevmirəm. Bu adı mənə xalq verib. Onlar qərar verdilər, seçdilər. Mən də hər zaman o ada layiq olmağa çalışmışam. Amma bu gün çox gözəl ifaçılar yetişir. Yusif Eyvazov kimi stər klassik, istər digər janrlarda möhtəşəm oxuyanlar var. Bu yaxında o, növbəti dəfə çıxış etdi. Və çıxışı ilə də “ekstra-vokal” ifa göstərdi. Ölkəsini ləyaqətlə təmsil elədi. Sübut etdi ki, möhtəşəm ifaçılar məhz Azərbaycanda yetişir.