-
- 1-03-2019, 18:26
- 1 497
Hadı Rəcəbli: "Ağsaqqal adamam..."
Son günlər sosial şəbəkələrdə millət vəkili Hadi Rəcəblinin əmlaklarının siyahısı dərc edilib.
News24.Az bildirir ki, bununla bağlı yerli mətbuatda Hadi Rəcəblinin fikirləri dərc edilib. Millət vəkili sosial şəbəkələrdə yazılanlar cəfəngiyyat adlandırıb.
”Mənim guya 17 böyük əmlakım, bahalı villalarım var. O, yazılan 17 əmlakın mənə heç bir aidiyyatı yoxdur. Bu sadəcə cəfəngiyyatdır. Mən uzun illərdir ki, dövlətə xidmət edirəm. Evim var. Mən rayon adamıyam. Bəli, torpağım var. Ancaq mənim nə villalarım, nə də böyük biznesim yoxdur. Mənim hansısa qohum əqrabamın əmlakını mənim adıma yazmaq düzgün deyil. Yazılan mağazaların belə mənə heç bir aidiyyatı yoxdur. Mənim övladlarım 14 yaşından işləyirlər. Övladlarım adına olan evlərini belə mənim var dövlətim kimi yazıblar. Mən ağsaqqal adamam, 72 yaşım var. Professoram. Lənkəran camaatı məni yaxşı tanıyır. Yazıblar ki, mənim nə klinikam, nə də kompüter mağazam yoxdur. Bu, bir millət vəkilinin, dövlətin üzdə olan, ağsaqqal bir professorunun adına yaxılan ləkədir.”
//SferaAz