Azad edilmiş ərazilərdə bir ilk yaşanacaq
    • 22-06-2024, 23:33
    • 649

Azad edilmiş ərazilərdə bir ilk yaşanacaq


İyunun 24-də Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” işə başlayacaq.

News24.az xəbər verir ki, 200-ə yaxın ictimai birliyin təmsilçilərinin iştirak edəcəyi forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçiriləcək.

Forum 2 gün davam edəcək.