Millimizin mövqeyi dəyişməyəcək
    • 23-06-2024, 12:58
    • 231

Millimizin mövqeyi dəyişməyəcək


Azərbaycan millisinin FİFA-nın iyul reytinqindəki mövqeyi bəlli olub.

News24.az İdman.Biz-ə istinadən bildirir ki, mamızın xalı və yerinin dəyişməyəcəyini proqnozlaşdırır.

Komandamız indiki kimi 1179,88 xalla 111-ci pillədə qalacaq. Buna səbəb yığmanın və qonşu pillələrdəki komandaların heç bir matça çıxmamasıdır.

Düzdür, AVRO-2024 və Amerika kuboku bir sıra dəyişikliklər vəd edir. Amma bu turnirlərin iştirakçıları daha yüksək pillələrdə qərarlaşıblar. Dəyişikliklər də əsasən "Top-100"də olacaq. Okeaniya Millətlər Kubokunun iştirakçıları isə daha aşağı sıralarda yer alıblar.

Qeyd edək ki, FİFA-nın son siyahısı iyunun 20-də açıqlanıb.