FİFA reytinqində ilk: Azərbaycan 29-cu pillədə
    • 20-06-2024, 12:19
    • 328

FİFA reytinqində ilk: Azərbaycan 29-cu pillədə

FİFA yeniliyə imza atıb.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, tarixdə ilk dəfə futzal üzrə milli komandaların FİFA reytinqi açıqlanıb.

Kişi futzalçıların ilk siyahısında 139 yığma yer alıb. Azərbaycan 1139,38 xalla dünyada 29-cudur. Cədvələ 1568,41 xalla Braziliya başçılıq edir.

Qeyd edək ki, ölkəmizin təmsil olunmadığı qadın yığmaların siyahısında 69 milli yer alıb.