Atadan DƏHŞƏTLİ ƏMƏL: iki övladını dənizdə boğaraq öldürmək istədi
    • 23-06-2024, 20:43
    • 873

Atadan DƏHŞƏTLİ ƏMƏL: iki övladını dənizdə boğaraq öldürmək istədi


ABŞ-ın Konnektikut ştatında polis iki uşağı xilas edib. Onları dənizə aparan ataları boğaraq öldürməyə cəhd edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Hadisə "West Haven" çimərliyində baş verib, polis məmuru gecə saat 2 radələrində sahildə dayanmış yolsuzluq avtomobilini görüb və uşaqların sudan qışqırdığını eşidib. Polis suya girib, sahildən yüz metr aralıda əlində iki uşaq olan həmin kişini görüb. O, asayiş keşikçisinə yaxınlaşmağa imkan verməyib və oğlan və qızı suyun altına salmağa çalışıb.

Sahil mühafizəsinin dəstəsi köməyə gəlib və uşaqları kişinin əlindən alaraq sahilə çıxara bilib.

Amerikalının hərəkətinin səbəbləri müəyyənləşdirilir, uşaqlar xəstəxanaya aparılıb, reanimasiyadadırlar.