-
- 12-06-2024, 18:08
- 455
Boğulan uşaq sudan çıxdı, köməyə gələn qardaşı öldü
Rusiyanın Xakasiya Respublikasında 17 yaşlı oğlan suda boğulan kiçik qardaşını xilas etsə də, özü ölüb.
News24.az Lent.az-a istinadla bildirir ki, hadisə iyunun 10-da günorta baş verib. 15 və 17 yaşlı iki qardaş Çernoqorsk şəhərinin Sayanskaya küçəsindəki gölməçəyə gəliblər. 15 yaşlı uşaq dərin suda çimərkən boğulmağa başlayıb. Böyük qardaşı ona kömək etməyə çalışsa da, özü suyun altında itib.
Nəticədə kiçik qardaş sahilə çıxa bilib və ətrafdakıları köməyə çağırıb. Lakin 17 yaşlı yeniyetməni xilas etmək mümkün olmayıb.