"Sevinirəm ki, bu axmaq..." - Şvarsenegger döyülməyindən danışdı
    • 18-05-2019, 22:44
    • 825

"Sevinirəm ki, bu axmaq..." - Şvarsenegger döyülməyindən danışdı

Aktyor Arnold Şvarsenegger pərəstişkarlarından Afrikada hücuma məruz qalması ilə əlaqədar narahat olmamağı xahiş edib.
News24.az xəbər verir ki, o, aldığı zərbəni kütlənin adi hərəkəti kimi qəbul edib.

"Sizin kimi mən də videoya baxandan sonra başa düşdüm ki, məni vurdular. Sevinirəm ki, bu axmaq canlı yayımı pozmadı", - aktyor Tvitterdə yazıb.

Qeyd edək ki, bu açıqlamadan öncə sosial şəbəklərdə video yayılıb. Videodan Cənubi Afrikanın Sandton şəhərində tədbirə qatılan Şvarseneggerin hücuma məruz qaldığı aydın olur. Bir nəfər naməlum şəxs arxadan hücum edərək, təpiklə aktyoru vurub. Həmin şəxs artıq saxlanılıb.