Moskvada baltalanan naxçıvanlı iş adamı öldü - ŞOK VİDEO
    • 12-10-2019, 20:51
    • 950

Moskvada baltalanan naxçıvanlı iş adamı öldü - ŞOK VİDEO

Moskvanın cənub-şərqindəki Julebino rayonunda 4 maskalı şəxs tərəfindən hücuma məruz qalaraq ağır yaralanan Naxçıvanın Ordubad rayonundan Mahir adlı iş adamı bu gün səhər saatlarında keçinib.

News24.az xəbər verir ki, onun meyiti bu gün Moskva-Naxçıvan reysi ilə gətiriləcək.

Xatırladaq ki, Julebino rayonunda naməlum şəxslər hücum etdikləri adamın içərisində 50 min dollardan çox pulu olan çantasını aparıblar.

Naməlum şəxslər Mahirə balta və tapança ilə hücum ediblər və arxadan yaxınlaşaraq, əvvəlcə atəş açıblar. Daha sonra isə onu balta ilə yaralayıblar.

Cinayətkarların hadisə yerindən "Dodge Caravan" avtomobili ilə uzaqlaşdığı görünür.

Mahirə hücumun görüntüsü bankın önündəki kameralara düşüb.
/Baku.ws/