Xoruldama bu problemləri də yaradırmış - Həkim AÇIQLADI
    • 24-06-2024, 20:45
    • 538

Xoruldama bu problemləri də yaradırmış - Həkim AÇIQLADI

"Xoruldama dişlərin qırılması və kariyesin inkişafı riskini artırır".

News24.az Sfera.az-a istinadla xəbər verir ki, bunu rusiyalı stomatoloq-terapevt İrina Zabrodskaya deyib.

“Bruksizm (dişləri qıcırdatma) və çənə oynağının disfunksiyası xoruldayan insanlarda xoruldamayanlara nisbətən iki dəfə çox olur. Uzun müddət davam edən bruksizm minanın aşınmasına və qırılmasına, kompozit bərpaların və ya ortopedik strukturların istifadə müddətinin azalmasına, dişləmə qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır, eyni zamanda çənə oynağının işini ağırlaşdırır”, - həkim bildirib.

Mütəxəssis bu şəxslərin qarşılaşdığı digər problemdən də danışıb:

“Belə xəstələrin qarşılaşdığı digər problem ağız quruluğudur. Yuxu zamanı bir az açıq ağız tüpürcəyin daha sürətli buxarlanmasına və selikli qişanın qurumasına səbəb olur. Tüpürcək insan orqanizmində bir neçə funksiyanı yerinə yetirir: qidanın həzminə kömək edir, dişləri kariyesdən qoruyur, çeynəmə və udmanı asanlaşdırır. Tüpürcəyin kəmiyyət və keyfiyyətinin pozulması kariyesin inkişafına və diş ətinin iltihabına səbəb olan patogen mikroorqanizmlərin artmasına, minerallaşmış diş lövhəsinin daha tez görünməsinə, ağız qoxusunun yaranmasına, quru selikli qişalarda çatların və xoraların əmələ gəlməsinə səbəb olur”.