-
- 2-03-2024, 20:00
- 843
Səhər oyanan kimi su içmək olarmı?
Səhər oyanan kimi su içmək çox yaxşı vərdişdir.
Bu ürək-damar və həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, metabolik prosesləri sürətləndirir, insanı daha gümrah edir. Lakin mütəxəssislər bunu dişləri yuduqdan sonra etməyi tövsiyə edir.
Məşhur rusiyalı stomatoloq professor Sergey Melexovun sözlərinə görə, yuxu zamanı antiseptik xüsusiyyətləri olan ağız suyunun ifrazı azalır. Nəticədə ağız boşluğunda bakteriyaların sayı kəskin artır. Əgər insan oyanan kimi su içərsə bütün bu mikroblar mədəyə düşəcək. Bu səbəbdən professor əvvəl dişləri yaxşı fırçalamağı, daha sonra isə su içməyi tövsiyə edir.