Bitkoin kəskin ucuzlaşdı
    • 24-06-2024, 15:11
    • 376

Bitkoin kəskin ucuzlaşdı

Bitcoin-də keçən həftə başlayan enişlər bu həftənin ilk günündən etibarən davam edib.

News24.az xəbər verir ki, səhər saatlarında 63 min ilə 62 min dollar arasında dəyişən bitkoin sonuncu dəfə Mt. Gox-un açıqlamasından sonra 60 min 500 dollara düşüb.

FED-in 12 iyunda açıqladığı faiz qərarından sonra Powellin verdiyi açıqlamalar bazar tərəfindən mənfi qarşılanıb.

Qeyd edək ki, son 24 saat ərzində ləğv edilən fyuçers mövqeyinin dəyəri 280 milyon dollar olub. Bunun 260 milyon dolları uzun mövqelərdən ibarət olub.

Günel Məlikzadə