-
- 1-05-2024, 09:59
- 440
KRİPTOVALYUTA BAZARI: Bitkoin 60 min dollardan aşağı düşdü
Coinmarketcap analiz şirkətinin məlumatına görə, Bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 5,2 faiz azalaraq 2 trilyon 210 milyard dollara düşüb.
News24.az xəbər verir ki, FED-in faiz qərarından əvvəl Binance-in top meneceri vəzifəsindən istefa verən Changpeng Zhaonun 4 aylıq həbs cəzası almasından sonra ən böyük kriptovalyuta olan Bitkoinin qiyməti son 24 saatda 59 min 120 dollara düşüb.
Qeyd edək ki, martın 14-də 73 750 dollarla bütün zamanların ən yüksək həddinə çatan Bitkoinin ucuzlaşması 46 gündə 18 faizi ötüb.
Bazar dəyərinə görə 2-ci yerdə olan Ethereum-un qiyməti 3 min dollardan aşağı düşüb. 23.38 GMT-ə olan məlumata görə, Ethereum 2 min 954 dollar səviyyəsində alınıb. Buna görə top 10 kriptovalyutanın hazırki qiymətlərini də təqdim edirik:
Onu da bildirək ki, analitiklər isə ABŞ-da inflyasiya təzyiqlərinin davam etdiyinə işarə edən məlumatlardan sonra kriptovalyuta bazarında mənfi tendensiyanın müşahidə olunduğunu bildiriblər.
Günel Məlikzadə