Bitcoin-də kəskin ucuzlaşma
    • 15-03-2024, 13:24
    • 663

Bitcoin-də kəskin ucuzlaşma

ABŞ-dan gələn məlumatlar bazarları qarışdırdı. ABŞ istehsalçı qiymətləri gözləntiləri üstələyib.

News24.az xəbər verir ki, istehsalçı inflyasiyasından sonra ABŞ fond bazarları aşağıya doğru çevrildi. Riskli aktivlərə olan iştah azalsa da, kripto bazarlarında nəfəssiz yüksəliş hələlik dayanıb.

Ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti rekord səviyyələrdən kəskin şəkildə geriləyib. Dünən 73 min 780 dollara yüksələn bitkoin 9%-dan çox azalaraq 66 min 700 dollara düşüb.

Ethereum 4 min dollar ətrafından 3 min 600 dollara düşüb. Altkoinlərdə ikirəqəmli azalmalar qeydə alınıb.

Bitcoin 09.30-a 68 574 dollar ətrafında ticarət edir. Etheruem isə 3741 dollardan alıcı tapır.

Analitiklər, ABŞ-da inflyasiya təzyiqlərinin davam etdiyini göstərən məlumatlardan sonra investorların mövqelərinə düzəlişlər etdiyini bildiriblər.

ABŞ-da İstehsalçı Qiymətləri İndeksi (ÜFE) fevral ayında aylıq 0,6 faiz, illik bazda isə 1,6% artımla gözləntilərin üzərində olub.

FED-in iyun ayında faiz dərəcələrini aşağı salacağı ilə bağlı bazar gözləntiləri azalıb. CME FedWatch-in məlumatına görə, FED-in iyun ayında faiz dərəcələrini azaltma ehtimalı 74 faizdən 60 faizə düşüb.

Günel Məlikzadə