-
- 24-06-2024, 21:44
- 597
COVID-19-u heç görməyən insanlar: Səbəb heyrətlidir
Böyük Britaniyada koronavirusla bağlı yeni tədqiqat aparılıb. Tədqiqat nəticəsində bəzi insanların COVID-19-a ümumiyyətlə yoluxmadığı müəyyən edilib. Bunun səbəbi isə insanı heyrətə düşürür.
News24.az “Sherg.az”a istinadla xəbər verir ki, ingilis alimlərin apardığı tədqiqat bəzi insanların virusa yoluxsalar da, COVID-19 xəstəliyinə tutulmadığını üzə çıxarıb. Buna səbəb bəzi insanların burunlarında xüsusi hüceyrələrin olmasıdır. Bu hüceyrələr virus orqanizmdə yayılmadan öncə onu “görür” və HLA-DQA2 adı verilmiş bir gen orqanizmdə virusa qarşı yüksək səviyyədə qoruyucu sədd əmələ gətirir. Tədqiqat Böyük Britaniyanın “Imperial College” London şöbəsində aparılıb. Alimlər təsdiq edib ki, COVID-19 xəstəliyinə səbəb SARS-CoV-2 virusudur. Lakin bəzi insanlar viruslara qarşı yüksək immunitetə sahibdirlər. Onları xəstəlikdən qoruyan da immun sistemlərinin yüksək səviyyədə olmasıdır. Bu insanların burunlarındakı hüceyrələr virusları tanıyır və orqanizmə yayılmadan öncə onları lokallaşdıra bilirlər. Bu hüceyrələr bəzi insanlarda anadangəlmə, irsidir. Onların sayəsində orqanizmin immuniteti güclü olur və xəstəliklərlə mübarizə aparır. Alimlər HLA-DQA2 adlı genin orqanizmdə infeksiyaların yayılmasının qarşısını aldığını bildiriblər.