Şako İsayev Tbilisidə qətlə yetirildi
    • 24-06-2024, 21:58
    • 231

Şako İsayev Tbilisidə qətlə yetirildi

Bir neçə gün bundan öncə Paytaxt Tbilisinin Varketili ərazisində gənclər arasında ölümlə nəticələnən qarşıdurmanın yeni təfərruatları məlum olub.

News24.az xəbər verir ki, hadisəni şərh edən qonşular bildiriblər ki, gənclər arasında kiriminal söhbətlər olub və nəticədə Şako İsayev yaşadığı Varketili ərazisində görüşə çağırılıb.

Qonşuların sözlərinə görə, yığıncaxda 10 nəfərdən artıq şəxs olub və hadisə baş verən zaman Şako İsayevin qardaşı da orada olub.

Bildirilir ki, sözlü mübahisədən sonra qarşıdurma fiziki qarşıdurmaya çevirilib və nəticədə Şako İsayevlə qardaşı həmin şəxslər tərəfindən döyülüb.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, Tbilisidə, Varketilinin 3-cü massivində qarşılıqlı mübahisə zəminində təqsirləndirilən şəxslər 19 yaşlı gəncə əl və ayaqları ilə başına və bədəninə çoxsaylı zərbələr endiriblər. Zərərçəkmiş huşsuz vəziyyətdə tibb müəssisəsinə çatdırılıb və aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qruplaşma halında cinayət törətməkdə təqsirli bilinən 3 nəfər saxlanılıb. Saxalanılan şəxsləri 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.