İsveçrədə daşqın: Ölən və itkin düşənlər var
    • 24-06-2024, 21:30
    • 148

İsveçrədə daşqın: Ölən və itkin düşənlər var

İsveçrənin cənubunda güclü yağış və əriyən qarın səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində itkin düşənlərin axtarışları davam edir.

News24.az xəbər verir ki, Qrisons kantonunda yerləşən Misox vadisində sel nəticəsində itkin düşən şəxsin cansız cəsədi 8 kilometr aralıda tapılıb.

Polisdən verilən açıqlamada xilasetmə qruplarının itkin düşən 2 nəfərin axtarışlarını davam etdirdiyi, lakin onların sağ tapılma şansının "az" olduğu bildirilib. Üç evi sel suları apardığı, 3 avtomobilin sürükləndiyi qeydə alınıb.

Qeyd edək ki, Torpaq sürüşmələri və daşqınlar səbəbindən məşhur Zermatt xizək kurortuna nəqliyyatın hələ də mümkün olmadığı öyrənilib.

Ötən həftənin cümə günü ölkədə baş verən şiddətli tufanın səbəb olduğu yağışlar çayların daşmasına, küçə və prospektlərin su altında qalmasına, onlarla insanın təxliyə edilməsinə səbəb olub.

Günel Məlikzadə