Bu rayonun əhalisinə XƏBƏRDARLIQ: Bu gün saat 14-dən...
    • 25-06-2024, 10:51
    • 235

Bu rayonun əhalisinə XƏBƏRDARLIQ: Bu gün saat 14-dən...

Bu gün Lerik şəhərində qazın verilişi dayandırılacaq. 

Lerik şəhər H.Aslanov küçəsində tikinti təşkilatı tərəfindən diametri 57 mm-lik və diametri 159 mm-lik qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar Lerik şəhəri üzrə 1700 əhali və 50 qeyri-əhali abonentin qaz təchizatının bu gün saat 14:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır. 

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.