-
- 25-06-2024, 11:44
- 299
"Artıq erməni rəsmiləri də bunu təsdiqləyir" - Zahid Oruc
Sərhəddin delimitasiyasına etiraz adı ilə meydanlara çıxan Baqrat Qalstanyanın apardığı mübarizə təkcə hakimiyyət davası deyil, kilsənin dövlət üzərində minillik inhisarını qorumağa xidmət edən “xaç yürüşü”dür.
News24.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin növbədənkənar sessiyasının iyunun 25-də keçirilən iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, artıq erməni rəsmiləri də xalqımızın 100 illərlə dediklərini təsdiqləyir: “İlk növbədə, Ermənistanın baş naziri Nikol Paşinyan “tarixi, mifik yox, real Ermənistan” deyir, “dövlət kilsədən ayrılmalıdır”, söyləyir”.
Günel Məlikzadə