-
- 25-06-2024, 12:28
- 269
Makronun bu hərəkəti beynəlxalq hüquqa qarşı hesablanıb - Deputat
"Fransanın Ermənistanı silahlandırması təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz üçün də təhlükə yaradır".
News24.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib
Onun sözlərinə görə, Fransa erməniləri silahla təmin etməklə, Türkiyə və Rusiyanı da təhlükəyə atır:
“Makron öz eksperimentini Cənubi Qafqazda həyata keçirmək istəyir, ancaq bu mümkün olmayacaq. Bu, Cənubi Qafqazdakı sülhü də poza bilər. Hesab edirəm ki, Makronun bu hərəkəti həm də beynəlxalq hüquqa qarşı hesablanıb. Yaxşı olardı ki, Fransa hakimiyyəti öz müstəmləkə ərazilərində insan hüquqlarının pozulmasının qarşısını alsın”.
Deputat bildirib ki, Makron yeni müharibə aparmaq istəyir:
"Bu, əlbəttə ki, alınmayaq, çünki bizim güclü ordumuz var. Makronun bu addımları beynəlxalq areanı da təhlükəyə atır. Fransa bundan əl çəkməlidir!"
Günel Məlikzadə