-
- 25-06-2024, 18:30
- 346
55 minə yaxın müəllimin maaşı artacaq
"Cari ildə sertifikatlaşdırmada iştirak edən müəllimlərin müsahibə mərhələsindən sonra əməkhaqqına əlavələr ediləcək müəllimlərin sayının ümumilikdə 55 minə çatacağı gözlənilir".
News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə deyib.
N.İsmayılbəyli bildirib ki, 2022 və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırma prosesində 31 min 948 nəfər müəllim (ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimi) uğurla keçib.
Agentlik rəsmi vurğulayıb ki, ötən ildən sertifikatlaşdırmadan uğurla keçmiş 8410 müəllimin əməkhaqqısına 35 faiz, 23 min 538 müəllimin əməkhaqqısına isə 10 faiz artım tətbiq olunub.