Beynəlxalq narkotik karteli belə çökdü
    • 26-06-2024, 12:28
    • 281

Beynəlxalq narkotik karteli belə çökdü

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabındakı paylaşımında İspaniyada narkotik əməliyyatı ilə bağlı məlumat paylaşıb.

News24.az xəbər verir ki, İspaniyada Narkotik Cinayətlərlə Mübarizə Rəyasət Heyətinin iştirakı ilə təşkil edilən Argay əməliyyatı ilə beynəlxalq narkotik kartelinin məhv edildiyini açıqlayan Yerlikaya dedi:

“Bizim tərəfdən axtarışda olan “Emre Karaca” kimi tanınan təşkilatın lideri Kerim Dağlıoğlu tutuldu. Beynəlxalq səviyyədə axtarışda olan Kərim Dağlıoğlu ilə birlikdə İspaniya, Almaniya, Avstriya, Suriya, Monteneqro, Rumıniya, Ukrayna vətəndaşı olan 42 zəhər taciri və təşkilat üzvü olan şəxslər də həbs olundu".

Yerlikaya həmçinin, “İspaniyada polis əməkdaşlığı çərçivəsində təxminən 9 ay davam edən və iyunun 11-də başlayan əməliyyatlarda Fransa, İspan Mülki Qvardiya Mülki və Türk Polisindən ibarət 400-dən çox polis iştirak edib.

Qranada, Malaga və Sevilla şəhərlərində aparılan əməliyyatlar və ev axtarışları zamanı; 2 tondan çox marixuana, çoxlu sayda odlu silah, dəbdəbəli avtomobillər və nağd pul ələ keçirilib. Avropolun dəstəklədiyi istintaqda İspaniya, Fransa və Türkiyə narkotik polisi zəhər tacirlərinə qarşı çiyin-çiyinə çalışıb".

Günel Məlikzadə