İrəvandan fransız məmurlara XƏBƏRDARLIQ: “Bizə mane olursuz”
    • 26-06-2024, 12:43
    • 332

İrəvandan fransız məmurlara XƏBƏRDARLIQ: “Bizə mane olursuz”

Ermənistanın Fransadakı Səfirliyi bu ölkənin məmurlarına Qarabağla bağlı xəbərdarlıq edib.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

Qəzet yazır ki, səfirlik Qarabağ ermənilərinin dərhal Azərbaycana geri qaytarılmasını rəsmi görüşlərdə tələb edən fransız məmurlardan bu mövqelərindən əl çəkmələrini xahiş edib. Erməni diplomatlar fransızlara çatdırıblar ki, belə bəyanatlar Ermənistan münasibətlərinə və sülh müqaviləsinin imzalanma prosesinə ciddi maneə yaradır.

Qəzet həmçinin yazır ki, Qarabağ ermənilərinin geri qaytarılması böyük güclərin artıq gündəmin deyil. Onun gündəmə gəlməsinin isə Ermənistan hakimiyyətinin bu məsələni dövlət siyasətinin bir parçası edəcəyi halda mümkün ola biləcəyi vurğulanıb. Lakin “Hraparak” Ermənistan hakimiyyətinin hələlik bunda maraqlı olmadığını bildirib.