Evə çağırılan polis bıçaqlandı
    • 26-06-2024, 23:14
    • 432

Evə çağırılan polis bıçaqlandı

Kobuletidə polis xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb.

News24.az xəbər verir ki, soyuq silahla yaralanan polis əməkdaşı klinikaya aparılıb, ona tibbi yardım göstərilib.

Yerli sakinlərin sözlərinə görə, hadisə günün birinci yarısında baş verib.

Mövcud məlumata görə, məişət zorakılığı baş verən evə çağırılan hüquq-mühafizə orqanı əməkdaşına bıçaqla hücum olub. Polisə bıçaqla xəsarət yetirən şəxs digər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yerindəcə yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə (polis əməkdaşına hücumla bağlı) araşdırma aparılır.