Bakıda şok hadisə - Cinayətdən sonra qaçan şəxs polisi BIÇAQLADI
    • 1-08-2019, 16:11
    • 1 066

Bakıda şok hadisə - Cinayətdən sonra qaçan şəxs polisi BIÇAQLADI

Bakıda polisə xəsarət yetirən şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2-ci, yəni, qəsdən sağlamlığa ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə maddəsi ilə təqsirləndirilən Əsgərov Əli Maşallah oğlunun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsi əməkdaşları tərəfindən dekabrın 27-də Bakı şəhər sakini O.Məmmədlini bıçaqla hədələyib 1300 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almış Şəmkir rayon sakini, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş Əli
Əsgərov yaxalanarkən polis əməkdaşı İlqar Əsədova bıçaqla xəsarət yetirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ə.Əsgərov tutulub.