-
- 26-06-2024, 22:10
- 737
Yen kəskin ucuzlaşdı
Yaponiya və ABŞ-da faiz dərəcələri arasındakı geniş uçurum, enişin qarşısını almaq üçün edilən səylərə baxmayaraq, yenə təzyiq etməkdə davam edir.
News24.az xəbər verir ki, Yapon valyutası 0,4 faiz ucuzlaşaraq bir dollar üçün 160,39-a düşüb, bu, səlahiyyətlilərin aprel ayında bazara müdaxilə etməyə sövq etdiyi səviyyələrdən xeyli yüksəkdir.
Qeyd edək ki, yen təkcə bu il öz dəyərinin 12 faizindən çoxunu itirib. Bu da Yapon istehlakçılarının və bizneslərinin alış balansına mənfi təsir göstərib.
Günel Məlikzadə