“Lexus”la 11 yaşlı oğlanı vurub öldürdü
    • 27-06-2024, 10:19
    • 295

“Lexus”la 11 yaşlı oğlanı vurub öldürdü

Dünən günorta saatlarında Gədəbəy şəhərinin Heydər Əliyev prospektində avtomobil 11 yaşlı uşağı vuraraq öldürüb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya vətəndaşı 1989-cu il təvəllüdlü Abbasov Məhəmməd Səmaləddin oğlu etibarnamə ilə idarə etdiyi "Lexus RX350" markalı avtomobillə yolu keçmək istəyən 11 yaşlı İsmayılzadə Yusif Şaiq oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən Gədəbəy rayon Mərkəzi Xəstəxanasında vəfat edib.