Qiymət yazmaq müəllimin əsas “silahı”dır - Nazir
    • 27-06-2024, 15:50
    • 424

Qiymət yazmaq müəllimin əsas “silahı”dır - Nazir

Hərə öz adına işləyəndə, onda müəllim adı aşağı düşür.

News24.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, müəllim nüfuzu yüksək olmalıdır. Müəllim nüfuzunun keşiyində duran isə ilk növbədə müəllimlər olmalıdır: "Hər kəs öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə, biz lazımı yerə gəlib çıxa bilərik. Qiymət yazmaq müəllimin əsas "silahı"dır. Bunu sağa sola xərcləmək olmaz".