Bu bölgələr sertifikasiya imtahanında uğursuz olub — AÇIQLAMA
    • 6-07-2023, 11:46
    • 204

Bu bölgələr sertifikasiya imtahanında uğursuz olub — AÇIQLAMA

“Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanın birinci mərhələsində uğursuz olub”.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron və Siyəzən isə ümumi orta bal göstəricisinə görə liderdir. Onlarda orta bal 40+dur.

Qumral ƏLİYEVA