Son 10 ildə əmək haqqı üç dəfədən çox artıb — Nazir
    • 6-07-2023, 11:32
    • 259

Son 10 ildə əmək haqqı üç dəfədən çox artıb — Nazir

Sertifakatlaşdırma eyni zamanda əmək haqqı islahatıdır. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqında 3 dəfədən çox artım olub.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.

Nazir bildirib ki, 2021-ci ildən bu vaxta qədər əmək haqqında 4 dəfə artım olub. Nazir artımların davamlı olacağını bildirib.

Qumral ƏLİYEVA