"Araz-Naxçıvan"da 26 yaşlı məşqçi
    • 27-06-2024, 22:58
    • 370

"Araz-Naxçıvan"da 26 yaşlı məşqçi

Premyer Liqa klublarından olan “Araz-Naxçıvan”ın məşqçilər heyətində dəyişiklik edilib.

News24.az qol.az-a istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Şimali Makedoniyadan olan Teodor Terziev fiziki hazırlıq üzrə məşqçi təyin olunub. 26 yaşlı mütəxəssislə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ildən “Rabotniçki” klubunda çalışan UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına sahib T.Terziev paralel olaraq ötən ildən Şimali Makedoniyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasında da fəaliyyət göstərib.