“Araz-Naxçıvan”da - 6 yeni müqavilə

“Araz-Naxçıvan”da - 6 yeni müqavilə İdman

Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 6 futbolçusunu komandada saxlayıb.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komanda Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson və Elçin Mustafayevlə ortaq məxrəcə gəlib. Bu futbolçular 2024/25-ci il mövsümündə də “Araz-Naxçıvan”ın heyətində yer alacaqlar.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha öncə Urfan Abbasov, Ömər Buludov, Tərlan Əhmədli və Ülvü İsgəndərovu heyətinə qatıb.