-
- 27-06-2024, 22:50
- 401
Fenerbahçe-nin Çağlar Söyüncü qərarı
Ötən mövsümün fasiləsində icarə əsasında "Fənərbaxça"ya keçən Çağlar Söyüncü sarı-göylülər komandaya transfer olmağa hazırlaşır.
News24.az xəbər verir ki, milli futbolçunun transfer haqqı ilə "Fənərbaxça"da qalmaq istədiyi iddia edilib.
Ancaq "Atletiko Madrid"in Çağlar Söyüncü üçün 12 milyon avroluq transfer gözləntisinin olduğu qeyd edilib.
Paytaxt təmsilçisini çalışdıran Dieqo Simonenin Çağları heyətdə saymadığı da bildirilib.
Bu vəziyyətdən istifadə edən Fənərbaxça tərəfi transferi 5-6 milyon avro aralığında tamamlamağı hədəfləyir.
Qeyd edək ki, 28 yaşlı futbolçunun Joze Mourinyo ilə işləməyi çox istədiyi də vurğulanıb.
Günel Məlikzadə