Lazar Samardzicin italyan rəqibi
    • 26-06-2024, 21:30
    • 187

Lazar Samardzicin italyan rəqibi

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən Fənərbaxça ilə bağlı yeni iddia ortaya atılıb.

News24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, sarı-göylülər üçün Joze Mourinyonun siyahısında yer alan Samardziçin də "Latsio"nun maraq dairəsində olduğu bildirilib.

"Udineze"də çıxış edən 22 yaşlı yarımmüdafiəçi üçün "Fənərbağça"nın 14 milyon avro təklif etdiyi, "Udineze"nin isə 25 milyon avro tələb etdiyi bildirilib.

Digər tərəfdən, "Latsio"nun 15 milyon avroluq təklif etdiyi qeyd edilib.

Fənərbaxça-nın Latsiodan fərqli olaraq futbolçuya Çempionlar Liqasında oynamaq imkanı təklif etdiyi vurğulanıb.

Qeyd edək ki, ötən mövsüm "Udineze"nin heyətində 34 rəsmi oyuna çıxan Samardjiç bu matçlarda 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

Transfermarkt məlumatlarına görə, Serie A komandası ilə 2026-cı ilə qədər müqaviləsi olan Samardzic-in cari bazar dəyəri 20 milyon avrodur.

Günel Məlikzadə