Bakıda yaşayış binasının həyətində PARTLAYIŞ
    • 27-06-2024, 22:14
    • 209

Bakıda yaşayış binasının həyətində PARTLAYIŞ


Bakıda yaşayış binasının həyətində generator partlayıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, C.Hacıbəyli küçəsində 18 mərtəbəli yaşayış binasının həyətində generatorda yanğın baş verməsi barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.