XƏBƏRDARLIQ - Böyük risk yaradır
    • 28-06-2024, 07:28
    • 656

XƏBƏRDARLIQ - Böyük risk yaradır


ABŞ Federal Ehtiyat Sistemi (FES) 2024-cü ilin sonundan tez olmayan faiz dərəcələrini azaltmağa başlamalıdır.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun ABŞ iqtisadiyyatına dair hesabatında deyilir .

Sənəddə qeyd edilir ki, ABŞ-ın dövlət borcu artmaqda davam edəcək və 2032-ci ilə qədər bu ölkənin ÜDM-nin 140%-ni keçəcək.

BVF artan dövlət borcunun və yüksək büdcə kəsirinin həm Amerika, həm də qlobal iqtisadiyyatlar üçün artan risk yaratdığını qeyd edib.

Fond, həmçinin ABŞ-da inflyasiyanın gələn ilin ortalarından tez olmayan 2%-lik hədəf dəyərinə qayıtmasını gözlədiyini vurğulayıb.