-
- 17-05-2024, 20:31
- 360
ABŞ fond birjasından tarixi REKORD
Nyu-York Fond Birjası tarixində ilk dəfə olaraq “Dow Jones Industrial Average” indeksi 40 min bəndi keçib.
Uoll Stritin üç əsas fond indeksindən ən qədimi ABŞ-nin möhkəm iqtisadiyyatı, aşağı inflyasiya və güclü korporativ gəlir perspektivləri ilə güclənib.
Bu, həm də investorların Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa qərar verəcəyinə dair ümidləri ilə əlaqədardır.//Oxu.az