Mask seçki debatını şərh etdi: Danışan kuklalar...
    • 28-06-2024, 19:00
    • 138

Mask seçki debatını şərh etdi: Danışan kuklalar...

ABŞ-da seçki debatları Co Baydeni Demokratlar Partiyasından namizəd kimi əvəzləməyə hazırlıqdır.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask X hesabında yazıb.

X istifadəçilərindən biri debatlardan sonra yazıb ki, CNN telekanalının şərhçiləri Baydenə kürəyindən bıçaq saplayır.

“Onlar sadəcə danışan kuklalardır. Bu, dəyişikliyə hazırlıqdır”, - Mask istifadəçiyə cavab verib.