Aktyor Özgür Çevik evlənir
    • 28-06-2024, 21:10
    • 209

Aktyor Özgür Çevik evlənir

“Yabancı kürəkən”, “Albalı mövsümü”, “Qırılan çiçəklər”, “Alparslan: Böyük Səlcuqlu”, “Kül nağılı” kimi bir çox layihədə yer alan Özgür Çevikdən şad xəbər gəlib.

News24.az xəbər verir ki, Tolqa Sarıtaş və Zeynep Mayrukun toylarına qatılan Özgür Çevik məşhur cütlüyü xoşbəxt günlərində tək qoymayan adlardan olub. Mərasimə sevgilisi ilə qatılan Çevik jurnalistlərlə söhbət edib.

"Bu sizin üçün də təcrübə olacaqmı?" sualını cavablandıran Özgür Çevik "Olacaq, bizimkilər sentyabrda olacaq... Özümüzü onların yerinə qoymuşuq. Toyumuz İstanbulda olacaq" deyib.

Günel Məlikzadə