-
- 28-06-2024, 21:40
- 587
Türkiyə boz siyahıdan çıxdı
Dünya iqtisadiyyatlarının maliyyə cinayətləri ilə mübarizəyə uyğunluğunu müəyyən edən Financial Action Task Force (FATF) Türkiyə ilə bağlı qərarı açıqlanıb.
News24.az xəbər verir ki, FATF Türkiyəni 3 ildən sonra ciddi maliyyə nəzarətinə məruz qalan ölkələrin boz siyahısından çıxarıb.
Qeyd edək ki, FATF Türkiyəni 2021-ci ildə boz siyahıya salıb.
Xəzinə və Maliyyə Naziri nazir Şimşək, rəsmi açıqlamadan əvvəl Türkiyənin çirkli pulların yuyulmasının qarşısını almaq üçün boz siyahıdan çıxması xəbərini “Biz bunu etdik” mesajı və Türkiyə bayrağı emojisi ilə paylaşıb.
Vitse-prezident Cevdet Yılmaz, qərarla investorların inamının güclənəcəyini və beynəlxalq resurs axınının sürətləndiriləcəyini bildirib.
FATF Baş Assambleyası Türkiyə və Yamaykanı əvvəllər qarşılıqlı qiymətləndirmələr zamanı aşkar edilmiş çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı strateji çatışmazlıqların aradan qaldırılmasında əldə etdikləri irəliləyişlərə görə təbrik edib.
Baş Assambleya Türkiyə və Yamaykanın artıq FATF-in gücləndirilmiş monitorinq prosesinə tabe olmamasına qərar verib.
Parlamentin qəbul etdiyi kriptovalyuta tənzimləməsi ilə Türkiyə FATF-in təyin etdiyi 40 standartın hamısını yerinə yetirib.
Günel Məlikzadə