-
- 28-06-2024, 21:37
- 784
Sevgilisinə ərinin məzarını təmizlətdirdi, özü isə... — TƏFƏRRÜAT
Bakının Xəzər rayonunda 1990-cı il təvəllüdlü Fəridə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı həyat yoldaşı Vüsala (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
News24.az Demokrat.az-a istinadla bildirir ki, hadisə ötən ilin dekabrın 31-də Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib.
Qəsəbənin Naxçıvan küçəsində yerləşən məzarlığın yaxınlığında Fəridə əvvəllər qeyri rəsmi ər-arvad münasibətində olduğu Vüsal ilə şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı yerdən götürdüyü daş parçasını onun sağ ayağına bir dəfə vurub.
isəni törədən Fəridənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəridə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, dekabrın 31-də, təxminən saat 14 radələrində Buzovna qəsəbəsi Naxçıvan küçəsində yerləşən məzarlığın yaxınlığında əvvəllər qeyri rəsmi ər-arvad münasibətində olduğu Vüsal ilə şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı yerdən götürdüyü daş parçası ilə ona xəsarət yetirib.
Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olduğunu deyib. O qeyd edib ki, zərərçəkmiş şəxs ilə barışıb.
İş üzrə zərərçəkmiş Vüsalın sözlərinə görə, Fəridə ilə 2021-ci ildə Sabunçu rayonu Bakıxanov qəsəbəsində tanış olub: “Biz tanış olduğumuz müddətdə münasibətlərimiz yaxşı oldu. Qeyri rəsmi olsa da, ər-arvad münasibətində olduq. Fəridə ilə münasibətdə olan zaman ona bildirdim ki, həyatında yalnız mən olacam, mənə qarşı düzgün ol. Lakin buna baxmayaraq Fəridə son zamanlarda mənə qarşı yaxşı olmadı, öz həyatın yaşamağa başlamaqla başqa şəxslərlə pul qarşılığında görüşdü”.
Vüsal bildirib ki, bundan sonra Fəridə ilə arasında soyuq münasibətlər başlayıb: “Dekabrın 31-də, Fəridə mənə SMS yazaraq bildirdi ki, onu Buzovna qəsəbəsində olan məzarlığa aparım. Mən də Fəridə ilə razılaşdım. Həmin tarixdə avtomobilim ilə Fəridənin və onun oğlu Zamiqi sözü gedən məzarlığa gətirdim. Fəridə oğlu ilə mərhum ərini ziyarətə getdi. Məzarlıqda olan zaman mən də Fəridə ilə birlikdə avtomobildən düşdüm və birlikdə məzara tərəf getdik. Orada köməklik edərək məzarı təmizlədik. Quran oxutduq və Fəridə ilə oğlu məzar daşının yanında şəkil çəkdirdilər. Mən məzarlığı təmizlədikdən sonra əlimi yuyub qurtaranda gördüm ki, Fəridə və oğlu orada yoxdur. Bu zaman ətrafa boylandım. Lakin görə bilmədim”.
Vüsal qeyd edib ki, daha sonra avtomobilinə tərəf gəlib və görüb ki, Fəridə və Fəridənin oğlu Zamiq avtomobilin yanındadırlar: “Bu zaman Fəridəyə dedim ki, sən nə eşşək adamsan, məni niyə gözləməmiş avtomobilin yanına gəlmisən. Bu sözdən sonra Fəridə dedi ki, sən cındır adamsan, cındır taksi kimi gətirmişəm. Bundan sonra Fəridənin sözünə əhəmiyyət vermədim. Avtomobilimi Fəridənin oğlu Zamiqə verdim ki, mərkəzi yola kimi sürərək öyrənsin. Yola çıxana qədər Fəridəyə dedim ki, taksi sifariş etsin, mənim avtomobilimdən düşərək getsin. Bu zaman Fəridə dedi ki, necə gəlibsə, elədə gedəcək. Bundan sonra avtomobilin qapısını açaraq Fəridəni avtomobildən düşürtdüm. Bu zaman Fəridə yerdən daş parçasını götürərək üzərimə atdı. Həmin daş parçası sağ ayağıma dəydi. Fəridə məni daşla vursa da, yolda qoymadım. Onu yaşadığı ünvana gətirərək düşürtdüm. Ayağımdan xəsarət aldıqdan sonra müayinə üçün Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya getdim. Bundan sonra Fəridənin mənə qarşı etdiyi əmələ görə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verdim. Eyni zamanda Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdim”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Fəridənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.