-
- 29-06-2024, 09:50
- 472
Özünü benzinlə yandırdı - VİDEO
Adıyamanın Kahta rayonunda binanın 8-ci mərtəbəsinə çıxaraq benzinlə dolu bankanı üzərinə töküb. Daha sonra M.A telefonla ailəsinə zəng edərək özünü binadan atacağını deyib.
News24.az xəbər verir ki, vəziyyəti görən vətəndaşlar dərhal 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Xəbər verildikdən sonra hadisə yerinə sağlamlıq, polis və xilasetmə qrupları sövq edilib. Qruplar hadisə yerində təhlükəsizlik tədbirləri görərkən, şəxsi də razı salmağa çalışıblar.
Qeyd edək ki, müxtəlif yerlərindən xəsarət alan M.A. polis qrupları tərəfindən tutularaq zərərsizləşdirilib. Müalicə alan M.A.-nın vəziyyətinin yaxşı olduğu öyrənilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə