İtkin düşən gənc kanalda tapıldı
    • 20-06-2024, 21:30
    • 396

İtkin düşən gənc kanalda tapıldı

Türkiyədə suvarma kanalında motosikletin yanında hərəkətsiz vəziyyətdə yatan şəxsi görənlər vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

News24.az xəbər verir ki, xəbər üzərinə hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları cəlb edilib.

İstintaq qrupları, öldüyünü təsbit etdikləri sürücünün itkin düşən Mehmet Sadık Arslan (25) olduğunu müəyyən edib.

Hadisə yerinin araşdırmasından sonra xilasetmə qrupları tərəfindən suvarma kanalından çıxarılan gəncin cansız bədəni meyitxanaya aparılıb.

Günel Məlikzadə