"Yalançı ilə mübahisə etmək asan deyil"
    • 29-06-2024, 10:15
    • 175

"Yalançı ilə mübahisə etmək asan deyil"

ABŞ prezidenti Co Bayden Atlantada mətbuatın suallarını cavablandırıb.

News24.az xəbər verir ki, dünən axşam yayımlanan yayımda Ağ Ev rəsmilərinin “Prezident qripə yoluxub” ifadələri ilə bağlı suala Bayden “Bəli, boğazım ağrıyır” deyib. 

Dünənki çıxışı ilə bağlı Bayden, "Məncə, yaxşı iş gördük" dedi.

Canlı yayımdan sonra demokratların səsləndirdiyi tənqid və narahatlıqla bağlı Bayden, "Yalançı ilə mübahisə etmək asan deyil" dedi. 

Trampın canlı yayımda 26 dəfə yalan danışdığını iddia edən Bayden, "Dünən gecə Trampı gördünüzmü? O, tək debatda ən çox yalan danışmaq rekordunu qırdı" deyib.

"Mən bu seçkidə qalib gəlmək niyyətindəyəm" deyə Bayden əlavə edib.

Günel Məlikzadə