-
- 21-05-2019, 14:31
- 1 021
Mədəniyyət naziri müraciət etdi: “Yeni işdə bizə dəstək verin” - FOTO - VİDEO
Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan vətəndaşlarına müraciət edib.
News24.az-ın xəbərinə görə, bu gün rəsm əsərlərinin ilk auksionunda açıqlama verən nazir müraciətində bunu deyib: “Mən bütün incəsənətlə maraqlananlar, incəsənət əsərlərini əldə etmək niyyətində olan vətəndaşlarımıza müraciət etmək istərdim. Azərbaycanda ilk dəfədir ki, Dövlət Rəsm Qalereyası və “Auksion Baku” MMC arasında bağlanmış müqaviləyə əsasən, rəssamların əsərləri auksiona çıxarıldı. Qanun çərçivəsində yeni yaradıcılıq bazarının formalaşdırılmasında ilk yoldur. Bunu dəstəkləsəniz, gələcəkdə bu daha geniş şəkildə yaradıcılıq imkanlarına yol açılmasına şərait yaranacaq. İlk dəfərdir ki, Azərbaycanda yeni üslübda beynəlxalq tələblərə uyğun olaraq rəssasmların əsərləri auksion vasitəsilə satılmağa başlayır. Bu proses artıq Azərbaycan mədəniyyətinin yaradıcılıq sənayesinin inkişafı baxımdan çox önəmli bir hadisədir. Çünki dünyada hazırda yaradıcılıq sənayesi böyük maliyyə vəsaiti qazandırır. Bundan da həm dövlətin, həm də yaradıcı insanların fəaliyyətinin dəstəkləməyə imkan tapırlar. Artıq beynəlxalq təcrübəyə əsaslanan tədbirdir. Hesab edirəm ki, gələcəkdə Azərbaycan rəssamlarının, yaradıcı insanların əsərləri bu yolla nəinki Azərbaycanın daxilində, hətta xaricdə də satıla bilər. Biz onların rəsimlərini Azərbaycanda saxlamaqla məhdudlaşmamalıyıq. Bu əsərlər dünya bazarlarına çıxarılmalıdır. Eyni zamanda, kolleksionerlər tərəfindən, muzeylər tərəfindən alınmalıdır. Bunun üçün bu işə başlamaq lazımdır. Hesab edirəm ki, incəsənətsevərlər bu üsluba daha həssaslıqla, daha böyük maraqla yanaşmalıdırlar”.
Afaq Mirayiq
VİDEO - Fərid