-
- 9-12-2019, 12:00
- 953
Əbülfəs Qarayev: "Yaradıcılığa qoyulan sərmayə vaxt və meyarlarla ölçülməməlidir"
"Mədəniyyətə, insan zehninə, onun yaradıcılıq potensialına qoyulan sərmayə hansısa vaxt və meyarlarla ölçülməməlidir, bunlar fərqləndirilməlidir".
Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu gün istehsalata sərmayə qoyulur: "Amma istehsalata qoyulan vəsait müəyyən vaxtda, müəyyən şərtdə mütləq geri qayıdır".
O qeyd edib ki, 100 min uşaq rəsm əsəri yaratmağa başlayır, dərnəklərdə gedir, dövlət onları dəstəkləyir: "Onların içərisindən isə 1 və ya 10 nəfər Tahir Salahov çıxır. Tahir Salahovun yaratdığı əsərlərin Azərbaycan cəmiyyətinə, tarixinə, tanıdılmasına təsiri baxımından qoyulan sərmayələrə görə hansı vahidlərlə ölçülə bilər?! Ona görə burada çox ciddi ikitərəfli proses getməlidir. Bir proses odur ki, dövlət, cəmiyyət şərait yaratmalıdır ki, insanlar yaradıcılıqla məşğul olsunlar. Gəlir isə istehsal məsələsidir. Sözsüz ki, burada yeni meyarlar, ölçülər olmalıdır"./report/